Britaniya Azərbaycanı Avropanın etibarlı enerji tərəfdaşı hesab edir

Azərbaycan Avropaya qaz ixracında strateji rol oynayır və Böyük Britaniya üçün etibarlı tərəfdaş olduğunu sübut edib. Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman bildirib.
O, Londonun Avropa İttifaqı və digər ölkələrin Rusiya enerji resurslarından asılılığını azaltmaq səylərini dəstəklədiyini deyib. Normanın sözlərinə görə, başqa ölkənin ərazisini birtərəfli qaydada işğal edən Rusiya etibarlı tərəfdaş sayıla bilməz.
Səfir bildirib ki, Böyük Britaniya hazırda az enerji idxal edir və onun bildiyinə görə, Rusiyadan enerji almır. Norman enerji əməkdaşlığının London və Bakı arasındakı strateji tərəfdaşlığın tərkib hissələrindən biri olduğunu, bu münasibətlərin iqtisadi və siyasi əlaqələri də əhatə etdiyini vurğulayıb.
























