• $
  • €
  • ₽
  • ₺
  • £

PA rəsmisi: Qədim erməni lüğətlərində nə lavaş, nə də düdük sözü var

PA rəsmisi: Qədim erməni lüğətlərində nə lavaş, nə də düdük sözü var
25.12.2014 15:22
"Ermənilər gürcülərin xaçapurisini də özününküləşdirməyə çalışırlar”.

Ermənilər deyirlər ki, lavaş bizə dədə-babadan qalıb. Lakin 18 qədim erməni lüğətlərində nə lavaş, nə də düdük sözü var.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri, politoloq Fuad Axundov bu gün keçirilmiş tədbirdə bildirib.

F.Axundovun sözlərinə görə, azərbaycanlı alimlər erməni yalanlarını elmi metodla birmənalı olaraq təkzib edəcək, ermənilərin azərbaycanlılar və regionun digər xalqlarının mədəni irs nümunələrinə olan iddialarının qarşısını alacaq yeni bir texnologiya hazırlayıblar:

"Əgər ermənilər deyirlər ki, bizim babalarımız minilliklərlə lavaş yeyiblərsə, o zaman onların lüğətlərində lavaş sözü olmalı idi. Lakin onların 18 lüğətlərində, o cümlədən izahlı lüğətlərində, 1837-ci ildə hazırlanmış rus-erməni lüğətində də lavaş sözü yoxdur”.

F.Axundov vurğulayıb ki, azərbaycanlı alimlər erməni yalanlarının ifşası üzrə texnologiyanı qonşu xalqlara da verəcək.

"Ermənilər gürcülərin xaçapurisini də özününküləşdirməyə çalışırlar”.

PA-nın şöbə müdiri həmçinin bildirib ki, ermənilər Vikipediya ilə çox aktiv işləyirlər.

"Onlar vikipediyada 10-15 yalan lüğət yerləşdiriblər ki, guya həmin lüğətlərdə lavaş sözü var. Lakin bu lüğətlərin hamısı 21-ci əsrin lüğətləridir. İndi ermənilər hazırladıqları lüğətlərə istədikləri sözü sala bilərlər.

Ermənilər yalandan fars-erməni lüğətini yaratdıqlarını bildirirlər. Bu kitabda cəmi 40 söz var. Mən heç vaxt 40 sözdən ibarət lavaş görməmişəm. İkincisi, əgər bu belədirsə, deməli ermənilər lavaş sözünü fars dilindən tərcümə edirdilər, çünki lüğət fars dilindən erməni dilinə tərcümədir”.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol