Ekspertlər Rəcəb Tayyib Ərdoğanın Bakıya fevralın 18-də gözlənilən səfərinə dair mülahizələr irəli sürməyə davam edirlər.
Oxu.Az xəbər verir ki, "Moskva-Bakı” nəşri Ərdoğanın Bakıya səfəri zamanı çox güman ki, iki mövzuya toxunacağını qeyd edib. Bu, Türkiyə vasitəsilə Qərbə qaz tədarükü və Suriya müharibəsi mövzularıdır.
Məlum olduğu kimi, Moskva və Ankara arasında qarşıdurma yarananda Bakı mümkün qədər münaqişə tərəflərindən məsafə saxlamağa çalışdı.
Ərdoğanın avropalı məmurların Londonda səsləndirdikləri eyhamları möhkəmləndirməyə çalışacaq.
Rusiyadakı MDB İnstitutunun direktor müavini, politoloq Vladimir Jarixin bəyan edib ki, həm Heydər Əliyev, həm də İlham Əliyevin siyasəti müdrikliyi ilə fərqlənib və çox güman ki, öz çoxvektorlu siyasətlərini saxlayacaqlar.
"Azərbaycan Rusiyanı hər şeydən əvvəl Ermənistanla danışıqlarda vasitəçi kimi nəzərdən keçirdiyindən bu əlaqə imkanını itirmək istəməzdi.
Mən həm ata Əliyevin, həm oğlunun təcrübəsi, müdrikliyi əsasında mühakimə yürüdürəm. Əliyevlər o dərəcədə ağıllı siyasətçilərdir ki, tamamilə düzgün deyirlər və edirlər: bütün yumurtaları eyni səbətə qoymaq olmaz.
Onlar çoxvektorlu siyasət aparırlar, bu da uzun illərdir Azərbaycana imkan verir ki, həm Qərblə, həm Rusiya ilə əməkdaşlıq etsin”, - o deyib.
Ekspert hesab edir ki, İlham Əliyev istənilən koalisiyalardan mümkün qədər məsafə saxlayacaq.
"Neçə illərdir deyirlər ki, Rusiya Azərbaycanı müttəfiq kimi itirir. Ancaq gördüyümüz kimi hələ itirməyib. İlham Əliyev atasının layiqli oğludur, o, balanslaşdırmağı, öz siyasətini aparmağı bacarır. Situasiya əlbəttə ki, sadə deyil, vəziyyət sürətlə dəyişir. Lakin cənab Əliyev mümkün olduğu qədər hər hansı koalisiyadan çəkinəcək”, - o deyib.
Ekspert, həmçinin Ərdoğanın İlham Əliyevin yanına əliboş gəlmədiyini hesab edir.
"Ərdoğan yəqin ki, Azərbaycana nəsə təklif edəcək. Çünki istəyir ki, Azərbaycan birmənalı olaraq Türkiyənin tərəfində olsun. "Mən isə hesab edirəm ki, Azərbaycan lideri siyasətçi kimi o qədər müdrikdir ki, bütün yaxşı sözləri deyəcək, ancaq özünə seçim imkanı da qoyacaq. Və düz də edəcək”, - Jarixin bildirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !