Polkovnik: "Bəzi qüvvələrin qazilərdən dövlətə qarşı istifadə cəhdi yolverilməzdir"

22:00 | 14.01.2022
"Bəzi qüvvələrin qazilərdən, onların cəmiyyətdəki nüfuzundan dövlətə qarşı istifadə cəhdi yolverilməzdir".
 
Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov "Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda keçirilən konfransda deyib.
 
Onun sözlərinə görə, son vaxtlar cəmiyyətdə müşahidə edilən bəzi mənfi təzahürlər narahatlıq doğurur: "Bəzi hallarda müxtəlif şəxslər qazi adından sui-istifadə etməyə cəhd edir. Vətən müharibəsində iştirak etməyən bəzi şəxslərin özünü qazi kimi təqdim edərək müxtəlif iddialarla çıxış etməsi, dövlətin qazilərə olan diqqət və qayğısına kölgə salmağa çalışması kimi hallara qarşı ictimaiyyət də fəal reaksiya verməli, bu cür şəxslərin qanunsuz əməlləri ifşa olunmalıdır: "Bəzi radikal və təxribatçı qüvvələr qaziləri özlərinə cəlb etmək, onların adından və nüfuzundan çirkin, qeyri-sağlam məqsədlərini reallaşdırmağa çalışırlar ki, bu da antixalq və antidövlət mahiyyəti daşıyır".
 
C.Xəlilov həmçinin bəzi qüvvələrin qazilərdən, onların cəmiyyətdəki nüfuzundan dövlətə qarşı istifadə cəhdinin yolverilməz olduğunu bildirib: "Qazilər bu kimi hallarla bağlı diqqətli olmağa, hər zaman olduğu kimi bundan sonra da dövlətin və onun liderinin ətrafında sıx birləşməyə çağırıram. Qazilərə diqqət və qayğının sadəcə dövlətin deyil, hər bir vətəndaşın borcudur. Bununla yanaşı, qazi adı daşıyan şəxslər də öz arzu və istəklərini mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə ifadə etməlidirlər”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM