Polkovnik-leytenant hamilə həyat yoldaşını girov götürdü

17:52 | 20.11.2019
Polkovnik-leytenant hamilə həyat yoldaşını girov götürdü

Polkovnik-leytenant hamilə həyat yoldaşını girov götürdü

Rusiya İstintaq Komitəsinin (TFR) əməkdaşı Sergey Tkaçev həyat yoldaşını girov götürüb.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Baza” nəşri məlumat yayıb. Məlumata görə, Federal Penitensiar Xidmətin Rostov şöbəsinin müdiri Müslüm Daxaev, polkovnik-leytenant Sergey Tkaçevi dövlət sirrlərini açmaqda ittiham edib. Axtarış üçün S.Tkaçevin mənzilinə hüquq-mühafizə orqanlarının əməkdaşları yollanıb. Lakin,  polkovnik-leytenant qapını açmayaraq həyat yoldaşını silahla girov götürüb.
 
Sergey Tkaçevinin həyat yoldaşının səkkiz aylıq hamilə olduğu bildirilib. O,  təcili-yardım çağırdıqdan sonra yenidən silahla həyat yoldaşını hədələyib. Daha sonra anidən ürəyi pisləşib və təslim olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM