Polkovnik MİQ 29-un qara qutusunun tapılması xəbərini təkzib edib

14:00 | 19.08.2019
Polkovnik MİQ 29-un qara qutusunun tapılması xəbərini təkzib edib

Polkovnik MİQ 29-un qara qutusunun tapılması xəbərini təkzib edib

"Qəzaya uğrayan MiQ-29 təyyarəsinin "qara qutusu”nun tapılması ilə bağlı xəbərləri təkzib ediblər”.  

Bu sözləri Redaktor.az-a açıqlamasında itkin düşmüş pilot Rəşad Atakişiyevin qayınatası, sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

Q. Hüseynli bildirib ki, onlara "qara qutu”ya yaxın olan ayrı-ayrı hissələrin tapıldığı deyilib:
"Müraciət etdiyimiz axtarış qrupunda çalışan polkovnik Elşad Pənahov "qara qutu”nun tapılması ilə bağlı mediada gedən xəbərlərin tam həqiqətə uyğun olmadığını söylədi. Məlumatı dəqiqləşdirərək ətraflı bizə məlumat verəcəyini vəd etdi”.

Xatırladaq ki, bu gün Müdafiə Nazirliyi gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin "qara qutusu” tapılaraq dənizdən çıxarılması ilə bağlı xəbər yayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM