“Mirzəli Yusifov Müdafiə Nazirliyində çalışan digər yüksək rütbəli zabitdən pul aldığına görə həbs olunub”.Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) keçmiş rəisi Mirzəli Yusifovun həbsi barəsində danışarkən "Axar.az"a dedi.Üzeyri Cəfərov baş vermiş hadisəni belə şərh etdi: “Zabitdən külli miqdarda pul alıb ki, onun kursant qohumunun təyinatını daha yaxşı ixtisasa versin. Bundan sonra tərəflər arasında pul üstündə mübahisə yaranıb. Və həmin zabit də Mirzəli Yusifovdan prokurorluğa şikayət edib. Onu da bildirim ki, bu Mirzəli Yusifova qarşı ilk ittiham olmayacaq, onu daha bir neçə maddə üzrə ittiham edəcəklər. Bundan əmin ola bilərsiz”. Polkovnik Mirzəli Yusifov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, general vəzifəsini icra edən polkovnikin rüşvət alma maddəsi ilə həbs olunduğu xəbərini Üzeyir Cəfərov rəsmi məlumatdan bir neçə saat əvvəl yaymışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !