• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Poloda VAR sistemi ilk dəfə Azərbaycanda tətbiq olunacaq

Poloda VAR sistemi ilk dəfə Azərbaycanda tətbiq olunacaq
12.09.2019 20:00
Bakıda təşkil olunacaq polo üzrə Dünya Kubokuna həsr edilən mətbuat konfransı keçirilib. 

APA-nın məlumatına görə, tədbirə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) və Dünya Polo Klubunun rəsmiləri, iştirakçı komandalar, həmçinin oyunçular qatılıblar.

ARAF-ın vitse-prezidenti Bəhruz Nəbiyev öncə yarış barədə məlumat verib. O, Dünya Kubokunun əvvəlki 6 ildə olduğu kimi, bu dəfə də maraqlı keçəcəyini deyib: "Bu yarış Azərbaycanda ənənəvi hal alıb. Dünya Kubokunu gələn il Bakıda təşkil ediləcək polo üzrə Avropa çempionatına son hazırlıq kimi də dəyərləndirmək olar. Atlar komandalara federasiya tərəfindən veriləcək. Bu, püşk yolu ilə seçiləcək. Ümid edirik ki, yarışda komandamız uğurlu nəticə qazanacaq. Bu səbəbdən Argentinadan təcrübəli məşqçi Raul Laplaseti də son hazırlıq üçün Bakıya dəvət etmişik”.

O bildirib ki, poloda ilk dəfə VAR sistemi Azərbaycanda tətbiq olunacaq: "Bununla da hakimlərin idarəetməsində şübhə yaranarsa, video təkrara baxılacaq və yekunda düzgün qərar qəbul ediləcək”. 

Ardınca çıxış edən Dünya Polo Klubunun prezidenti Reto Qaudenzi yenidən Azərbaycana gəldikləri üçün şad olduqlarını vurğulayıb: "Ölkəniz növbəti dəfə bu yarışa ev sahibliyi edir. İnanırıq ki, Dünya Kuboku gərgin mübarizə şəraitində keçəcək və təşkilatçılıq əvvəlki kimi yüksək səviyyədə olacaq”.
Sonra komandaların və oyunçuların təqdimatı keçirilib.

Qeyd edək ki, sentyabrın 13-15-də keçiriləcək Dünya Kubokunda Azərbaycan, Rusiya, Almaniya və İsveçrə klubları mübarizə aparacaqlar. İlk oyun Azərbaycanı təmsil edən "Elite Horse & Polo Club Baku” və İsveçrə "Evviva Polo Club St. Moritz”i arasında olacaq. Günün ikinci görüşündə "Los Nocheros Polo Club Münster” (Almaniya) "Planernaya Polo Club Moscow” (Rusiya) klubunu sınağa çəkəcək. 

Turnirin ikinci günü – sentyabrın 14-də İsveçrə və Almaniya təmsilçiləri üz-üzə gələcəklər. Ardınca "Elite Horse & Polo Club Baku” meydana çıxacaq. Komandamızın rəqibi "Planernaya Polo Club Moscow” olacaq.

Reqlamentə əsasən, sentyabrın 15-də isə üçüncü yer uğrunda matç olacaq. Yarışa final qarşılaşması ilə yekun vurulacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
Cəmiyyət 21:05
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 19:00
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Cəmiyyət 17:45
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Cəmiyyət 17:12
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 15:06
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Zaqatalada yol qəzası baş verib, ölən var
Cəmiyyət 14:26
Zaqatalada yol qəzası baş verib, ölən var
Türkiyəyə qar yağıb - Video
Cəmiyyət 13:46
Türkiyəyə qar yağıb - Video
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Cəmiyyət 12:57
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol