Polşada azərbaycanlılar piket keçirdi

09:00 | 19.11.2014
Polşada azərbaycanlılar piket keçirdi

Polşada azərbaycanlılar piket keçirdi

Noyabrın 17-də Polşada təhsil alan azərbaycanlı gənclər və diasporumuzun üzvləri Helsinki İnsan Haqları Fondunun qarşısında piket keçiriblər. Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən xəbərə görə, aksiya iştirakçıları əllərində “Helsinki Fondu, Dilqəm Əsgərovun və Şahbaz Quliyevin haqlarını qoru” plakatları ilə qeyd olunan təşkilatı əsirlikdə olan azərbaycanlıların talelərinə biganə yanaşmamağa çağırıblar. Nümayişin sonunda azərbaycanlı gənclər Helsinki İnsan Haqları Fondunun Varşava ofisinin əməkdaşına Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülmələri ilə əlaqədar həqiqəti əks etdirən məktubu təqdim ediblər. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM