Polşanın "Avionics” şirkəti özünün yeni ixtirasını – V1 adlı retro elektrik velosipedi təqdim edib.
anews.az Report-a istinadən xəbər verir ki, bu barədə "UNN” agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, o, 30-cu illərdə mövcud olmuş əsl dizayndan fərqlənir və tamamilə müasir "içlikli”dir. Velosiped saatda 56 kilometr sürətlə hərəkət etməyə imkan verən 5 kVt mühərriklə təchiz edilib.
İstehsalçının vədinə görə, onun batareyasının doldurulması 3 saatdan artıq vaxt aparmır. Güman edilir ki, akkumulyatorun enerjisi nəqliyyat vasitəsinə 120 kilometrədək hərəkət etməyə imkan verir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !