• $
  • £

Pomidorların sığorta sezonu başlayıb

Pomidorların sığorta sezonu başlayıb
22.04.2024 16:36
Sahələrdə pomidorun əkilməsi ilə bağlı əkin sahələrinin sığortalanmasına başlanılıb. Bu barədə Aqrar Sığorta Fondundan bildirilib.  
 
"Azərbaycanda aqrar sığorta dövlət dəstəyi ilə fəaliyyət göstərdiyinə görə, əkin sahələrinin sığortalanması zamanı hesablanmış sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi vəsait ödəməklə əkin sahəsini sığorta edə bilirlər. Məsələn, Salyan rayonunda 1000 manatlıq pomidor əkininin sığortalanması üzrə sığorta haqqı 20,2 manat təşkil edir. Bu məbləğin yarısını dövlət, qalan 10,1 manat sığorta haqqını isə fermer ödəyir. Quba-Xaçmazda bu məbləğ 11,8 manat, Mərkəzi Aran bölgəsində 10,5 manat, Qazax-Tovuz regionunda 21,7 manat, Lənkəranda isə 11 manat təşkil edir", - məlumatda deyilir. 
 
Pomidor əsasən Xaçmazda əkilir. Daha sonra Qubada,Sabirabadda,Şəmkirdə,Ucarda,Kürdəmirdə,Biləsuvarda və Lənkəranda bu məhsulun əkilməsinə diqqət ayrılır. 
 
2023-cü il Azərbaycan pomidor ixracından 162 milyon ABŞ dolları qazanc əldə edib. 
 
2023-cü il Aqrar Sığorta Fondu tərəfindən sığorta ödənişləri 4,4 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 80% çoxdur. 
 
Ödənişlərin ,5 milyon manatı bitkiçiliyin, 910 min manatı heyvandarlığın payına düşüb. 
 
Hesabat dövründə heyvandarlıq sığortası üzrə 28%, bitkiçilik üzrə isə 2% artım müşahidə edilib. Heyvandarlıq üzrə ödənişlən sığortaın həcmi 36 milyon manat olub. 
 
Sığorta haqqı birdəfəlik və ya hissələrlə ödənilə bilər. Dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə, yəni sığorta haqqının 50%-i, sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa sığorta haqqı birdəfəlik ödənilir.


Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı və 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarlarına əsasən,  Azərbaycanda aqrar sığorta hazırda 41 adda bitkiçilik məhsullarını əhatə edir. Bura buğda, arpa, qarğıdalı,kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, tütün, üzüm, fındıq, pambıq, günəbaxan, soya, yonca, noxud, noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm,  qarpız, yemiş (qovun), pomidor, sarımsaq, darı daxildir.
 
Aqrar Sığorta Fondunun çağrı mərkəzinin əlaqə nömrəsi 1651-dir.
 
Gülnar Nazimqızı 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah külək əsəcək, yağış yağacaq
Cəmiyyət 13:16
Sabah külək əsəcək, yağış yağacaq
Tovuzda ana körpəsini yaşlı qadının evində qoyub gedib
Cəmiyyət 12:47
Tovuzda ana körpəsini yaşlı qadının evində qoyub gedib
Zərdabdan Bakıya narkotik gətirən şəxs saxlanılıb
Cəmiyyət 11:15
Zərdabdan Bakıya narkotik gətirən şəxs saxlanılıb
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 10:43
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - Video
Cəmiyyət 10:09
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - Video
Bu gün 62 mindən çox şagird buraxılış imtahanı verəcək
Cəmiyyət 08:57
Bu gün 62 mindən çox şagird buraxılış imtahanı verəcək
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 20:43
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 20:29
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Bu gün Bakıda 537 küçə yuyulub
Cəmiyyət 18:58
Bu gün Bakıda 537 küçə yuyulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol