Porno-ulduz müəllimə işdən qovuldu

12:00 | 04.01.2015
Porno-ulduz müəllimə işdən qovuldu

Porno-ulduz müəllimə işdən qovuldu

Almaniyada pornobiznes sahəsində çalışan müəlliməni işdən çıxarıblar. Uzun illər ərzində Culia Pink uşaq müəlliməsi olmaqla yanaşı, həm də böyüklər üçün filmlərdə çəkilib. 



"Bir gün bütün sirlərin üstü açılacaq” – deyə, İncildə qeyd olunur. 


Dini kitabdakı sözləri Münhendən olan 38 yaşlə Culiya Pinkə də aid etmək olar. Qadın 17 il ərzində məktəbdə müəllimə çalışmaqla yanaşı, həm də hard-pornoda çəkilib. Bundan başqa, ötən il Culiya porno-sərgidə "Shooting Star” mükafatına layiq görülüb. Bu isə onun həmin sahədə olan istedadından xəbər verir.

 
 Məktəb rəhbərliyi və valideynlər də Culiyanın işindən çox razı imişlər. Qadın öz balaca əlillərin tərbiyəsi işinə çox məsuliyyətlə yanaşırmış. Uzun illər ərzində Culiya Münhendə alman Yevangeliya kapellan assosiasiyasının üzvü olub və yaxşı xristian kimi tanınırmış. 


 Lakin təsadüf nəticəsində kilsə təmsilçiləri müəllimənin internetdəki bəzi videoları ilə qarşılaşıblar. Qalmaqal baş verib və müəlliməni işdən qovublar.


"Mən pornoaktrisayam. Lakin bu o demək deyil ki, uşaqlara dərs keçə bilmərəm. Bu o demək deyil ki, mən xristian dəyərlərini təbliğ edə bilmərəm. Mən katolikəm. Mən inanıram. Böyük iş olmayıb ki, pornoda çəkilirəm də”, - deyə, Culiya məktəb rəhbərliyini inandırmağa çalışıb. 


İndi Culiya işdən qeyri-qanuni qovulmasına görə məhkəməyə müraciət edib. Qadın gələcəkdə məktəbdə çalışa bilməyəcəyi ilə razılaşmaq istəmir. Cəmiyyət ikiüzülü müəlliməni pisləsə də, onun dərs keçdiyi bir çox uşaqların valideynləri qadının tərəfindədirlər: 


"Almaniyada milyonlarla insan pornoya baxır. Bu o demək deyil ki, onlar öz uşaqlarına düzgün tərbiyə verə bilməzlər! Culiyanın belə filmlərdə çəkilməsi onun öz işinin öhdəsindən gəlməməsi demək deyil ki!”, - deyə, Pinkin məktəbdə dərs keçdiyi uşaqlardan birinin valideyni Kristian Herman narazılıq edir.
 
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM