ANN.Az xarici mətbuata istinadən xəbər verir ki, terror təşkilatına yaxın "Facebook" səhifəsində yerləşdirilən foto və məlumatda bir iraqlının necə cəzalandırılması barədə məlumat yerləşirilib. Suriya ilə sərhəddə, İraq qəsəbəsi olan Əl Qaimdə həyata keçirilən cəza parnoya baxan bir şəxsə kəsilib. Fırat gölünün sahilindəki qəsəbənin meydanına toplaşan adamlar həmin adamın əvvəl qamçı ilə döyülməsinin, daha sonra isə əlinin kəsilməsinin şahidi olublar.
Şəkildə solda üzünün bağlanıldığı şəxs parnoya baxan iraqlıdır. Onunla üz-üzə dayanan və sifətində yalnız gözlərinin açıq olduğu görünən isə onun cəlladıdır.
Stolun üstünə düzülən ağ pambıq-bint və dərmanlar isə cəza prosesindən sonra yardım məqsədi daşıyır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !