Poroşenko atəşkəsdən nikbin danışır

14:25 | 10.03.2015
Poroşenko atəşkəsdən nikbin danışır

Poroşenko atəşkəsdən nikbin danışır

Ukrayna prezidenti Petro Poroshenko ölkənin şərqində 3 həftəlik atəşkəsi ümumilikdə nikbin dəyərləndirir. Martın 9-da Ukrayna televiziyasında danışan Poroshenko deyib ki, Ukrayna qüvvələri raket və ağır artilleriya sistemlərini geri çəkib. Onun sözlərinə görə, rusiyapərəst yaraqlılar da ağır artilleriyasının "böyük hissəsini” təmas xəttindən çıxarıb.

Silahların geri çəkilməsi və geniş bufer zonanın yaradılması 12 fevral Minsk atəşkəs sazişinin əsas maddəsi idi.

Poroshenko deyir ki, Kiyev "işğalçının hücumunu dayandıra bilib”. Digər tərəfdən, onun sözlərinə görə, fevralın 15-də saziş qüvvəyə minəndən 64 ukraynalı hərbçi öldürülüb. 

Azadliq.org
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti