Poroşenko atəşkəsi iyunun 30-dək uzatdı

09:34 | 28.06.2014
Poroşenko atəşkəsi iyunun 30-dək uzatdı

Poroşenko atəşkəsi iyunun 30-dək uzatdı

Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin şərqində atəşkəsin 72 saat uzadılması barədə qərar qəbul edib

APA-nın xəbərinə görə, Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatında belə deyilir.“Dövlət başçısı milli təhlükəsizlik və müdafiə Şurasının qərarını rəhbər tutaraq atəşkəs rejimini 30 iyun, saat 22:00-dək uzadıb”, sənəddə bildirilir.

 Xatırladaq ki, Ukrayna prezidenti P. Poroşenko iyunun 20-dən 27-dək ölkənin cənub-şərqində antiterror əməliyyatlarını dayandırmışdı. Tərəflərin qarşılıqlı razılığına əsasən, atəşkəs rejimi iyunun 27-dək davam etməli idi.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM