Poroşenko hərbi xidmətə çağırış qaydalarını sərtləşdirdi

18:58 | 06.02.2015
Poroşenko hərbi xidmətə çağırış qaydalarını sərtləşdirdi

Poroşenko hərbi xidmətə çağırış qaydalarını sərtləşdirdi

Çağırış yaşı 27-yə qaldırıldı.

Ukrayna prezidenti Pyotr Poroşenko hərbi xidmətə çağırış qaydalarını təkmilləşdirən qanun imzalayıb. Bu barədə prezidentin mətbuat xidmətinin məlumatında deyilir. 

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, sənədin Ukraynanın Ali Radası tərəfindən yanvarın 15-də qəbul olunduğu məlum olub. 

Qanun xüsusi müddətdə hərbi xidmətə qəbul ola bilinəcək vətəndaşların kateqoriyasının genişləndirilməsi, həqiqi hərbi xidmət üzrə hərbçilər üçün hərbi mütəxəssislər tərəfindən daha effektiv hazırlığın keçirilməsi və hərbçilərin sosial müdafiəsinin gücləndirilməsinin təmin olunmasını nəzərdə tutur. 

"Qanun hərbi xidmətə çağırış yaşının 27-yə qaldırılması və Ukrayna vətəndaşlarının hərbi xidmətdən möhlət almaq üçün əsasların sayının azaldılmasını nəzərdə tutur”, - sənəddə deyilir. 

Bununla yanaşı, qanun vətəndaşların həqiq hərbi xidmətə çağırışın qaydaya salınmasına yönəlib. Qanunla həmçinin zabit heyətinin çağırışı üzrə hərbi xidmətdən yayınmaya görə məsuliyyətin tətbiq olunması nəzərdə tutulur. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM