"Ukrayna Krıma nəzarəti bərpa etmək üçün bütün mümkün imkanlara əl atacaq”.
Bunu Ukrayna prezidenti Petro Poroshenko iyunun 5-də Kiyevdə jurnalistlərə açıqlamasında deyib.
O həmçinin deyib ki, Kiyev Krım və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların saxlanması üçün beynəlxalq tərəfdaşlarımızla əməkdaşlığı davam etdirəcəyik.
O qeyd edib ki, Rusiyanın dünyadakı ukraynapərəst koalisiyanı yarmasına imkan verilməmlidir.
Poroshenko bir daha Rusiyanın Ukraynaya soxulması təhlükəsinin çox böyük olduğunu deyib.
Poroshenko iyunun 4-də ölkə parlamentində çıxışında ordunu Rusiyanın mümkün hərbi müdaxiləsinə hazır olmağa çağırıb.
Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6400-dən çox adam ölüb. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !