Poroşenko matəm elan etdi

10:17 | 05.03.2015
Poroşenko matəm elan etdi

Poroşenko matəm elan etdi

Ukrayna prezidenti Petro Poroşenko martın 5-nin ölkədə matəm günü elan edilməsi haqqında fərman imzalayıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Donetskdəki Zasyadko adına kömür mədənində baş verən faciə nəticəsində ölənlərin sayı artmaqdadır. Son məlumata görə, xilasedicilər mədəndən daha 3 mədənçinin meyitini çıxarıb və beləliklə, ölənlərin sayı 33-ə çatıb.

Donetsk bələdiyyəsinin mətbuat bürosunun mediaya verdiyi açıqlamaya görə, metan qazının yığılması nəticəsində partlayış baş verib və hazırkı saata qədər mədəndən çıxarılan meyitlərin sayının daha artacağı proqnozlaşdırılır. Xilasetmə işləri davam edir.

Hadisə martın 4-də səhər saatlarında baş verib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti