Poroşenko: "Məqsədimiz Rusiya ilə vəziyyəti pisləşdirmək deyil"

13:22 | 18.12.2014
Poroşenko:

Poroşenko: "Məqsədimiz Rusiya ilə vəziyyəti pisləşdirmək deyil"

"Ukraynanın məqsədi Rusiya ilə vəziyyəti pisləşdirmək deyil. Məqsədimiz yaşadığımız planetdə sülhə nail olmaqdır. Mən sülhün prezidentiyəm, müharibənin yox”.

ANN.Az AzNews.az-a istinadən xəbər verir ki, bu sözləru Ukrayna prezidenti Petro Poroşenko Polşanın "TVP Info” telekanalına müsahibə verərkən deyib. Poroşenko öz müsahibəsində rus rublunun aşağı düşməsinə və Donbassdakı müharibəyə də toxunub.

"Separatçıların işğal etdiyi Donbassda vəziyyət çox acınacaqlıdır. Banditlər küçələrdə heç bir məhkəmə olmadan insanları öldürürlər. Onlar bu addımlarına görə heç bir məsuliyyət daşımırlar”, - deyə Ukrayna prezidenti vurğulayıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti