Poroşenko Nemtsovu ölümündən sonra təltif etdi

16:03 | 03.03.2015
Poroşenko Nemtsovu ölümündən sonra təltif etdi

Poroşenko Nemtsovu ölümündən sonra təltif etdi

"Bizim üçün Boris hər zaman Ukraynanın dostu olaraq qalacaq”.

Ukrayna prezidenti Pyotr Poroşenko rusiyalı siyasətçi Boris Nemtsovu ölümündən sonra Azadlıq ordeni ilə təltif edib. 

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısının saytında məlumat verilib. 

"Bizim – ukraynalılar üçün Boris hər zaman Rusiyanın vətənpərvəri və Ukraynanın dostu olaraq qalacaq. O, həyatı ilə sübut etdi ki, bunu birləşdirmək olar, sadəcə bunu yalnız istəmək lazımdır”, - Poroşenko qeyd edib. 

Xatırladaq  ki, Boris Nemtsov fevralın 28-də Moskvanın mərkəzində qətlə yetirilib. O, bu gün Moskvanın Troekurovsk qəbirstanlığında dəfn olunacaq. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM