Poroşenko: Rusiya buna cavab verməlidir

21:45 | 03.07.2015
Poroşenko: Rusiya buna cavab verməlidir

Poroşenko: Rusiya buna cavab verməlidir

Ukrayna prezidenti Qərbi rəsmi Moskvaya qarşı yeni sanksiyalar qəbul etməyə çağırıb.

ABŞ Konqresinin üzvləri ilə Kiyevdə keçirilən görüşdə Ukrayna prezidenti Pyotr Poroşenko Minsk razılaşmasının pozulacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar qəbul etməyə çağırıb. ANS PRESS-in mlumatına görə, bu barədə ölkə başçısının saytında xəbər yerləşdirilib.

"Söhbət sanksiyaların yeni dalğasından, yaxşı koordinasiya edilmiş addımlardan gedir. Rusiya ukraynalıların öldürülməsi və Ukraynanın isğalına görə cavab verməlidir”, Poroşenko deyib.

Ukrayna prezidenti Amerika Birləşmiş Ştatlarına hərbi, hərbi-texniki, maliyyə və mənəvi dəstəyə görə öz təşəkkürünü bildirib.
Poroşenko Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Helsinkidə keçiriləcək iclasında iştirak edəcək ABŞ Konqresi nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Bir az əvvəl məlum olub ki, Finlandiya, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin və bir neçə deputatın ölkəyə girişinə qadağa qoyub. Buna etiraz olaraq Rusiya nümayəndə heyətinin bütün üzvləri iclasda iştirakdan imtina edib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM