Ukrayna Prezidenti Pyotr Poroşenko bu gün təcili olaraq anti-terror əməliyyatı zonasına yollanıb.
Axar.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətindən məlumat verilib.
"Prezident anti-terror əməliyyatı zonasına yollanıb”, - məlumatda deyilib.
Mətbuat xidmətindən həmçinin bildirilib ki, Kiyevdə axşam Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası da planlaşdırılır.
***
Ukrayna Prezidenti Pyotr Poroşenko cəbhə bölgəsinə yollanarkən "Borispol” aeroportunda mətbuata açıqlama verib.
"Ukrayna ordusu Debaltsevoda uğurlu əməliyyat keçirir. Rusiya Ukrayna hərbçilərini silahı yerə qoyub təslim olmağa çağırmaqla özünü rüsvay etdi. Ukrayna hərbçiləri isə onları mühasirəyə almaq istəyənlərin dişlərini qıraraq mənim əmrimə əsasən Debaltsevodan çıxa bildi. Ruslar isə bizim hərbi qüvvə və texnikanı geri çəkməyimizə şahidlik etməmək üçün ATƏT nümayəndələrini Debaltsevoya buraxmadı. Onlar bundan qorxurdular. Lakin biz bunu öz əməliyyatımızla sübut etdik”, - Poroşenko bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !