Poroşenko: "Ukraynada hərbi vəziyyət elan etməyə hazıram"

19:00 | 11.02.2015
Poroşenko:

Poroşenko: "Ukraynada hərbi vəziyyət elan etməyə hazıram"

Ukrayna prezidenti Petro Poroşenko ölkənin şərqindəki qarşıdurmaların sona çatması məqsədi ilə bu gün Belarusda keçiriləcək liderlərin görüşündən nəticə çıxmazsa ölkədə fövqaladə vəziyyət elan etməyə hazır olduğunu söyləyib.

ANN.Az BBC-yə istinadən xəbər verir ki, Ukrayna prezidenti açıqlamasında bildirib: "Ukrayna probleminin gələcəkdə diplomatik yolla həll olunub-olunmaması sammitin nəticəsinədən asılıdır. Mənim hökumətim və parlamentim Ukraynada fövqaladə vəziyyət elan etməyə hazırdır".

Ukrayna lideri bu açıqlamaları toplantıdan əvvəl baş tutan və televiziyada canlı yayımlanan çıxışında verib.

Dörd lider görüşəcək

Belarusun paytaxtı Minskdəki sammitə Ukrayna, Rusiya, Almaniya və Fransa liderləri qatılacaq.

Görüşdə Almaniya və Fransanın Ukraynanın şərqindəki qarşıdurmaların sona çatması məqsədi ilə tərəflərə təklif etdikləri son sülh planı müzakirə ediləcək.

Almaniya və Fransanın sülh planı Ukraynanın şərqində geniş bir bölgənin yaradılmasını və separatçıların sentyabr ayında Belarusun paytaxtı Minskdə imzalanmış müqaviləylə təyin olunan atəşkəs xəttinə çəkilmələrini nəzərdə tutur.

Separatçılara bunun qarşılığında verilən vəd isə daha geniş muxtariyyətdir.

Sentyabr ayından bu yana Ukraynanın şərqində ələ keçirdikləri bölgəni genişləndirən separatçılar isə geri çəkilmək istəmir.

Müstəqillik istəyən separatçılar keçən il "Donetsk Xalq Respublikası" adlı bir dövlət qurduqlarını açıqlamışdılar. Qərarı tanımayan Kiyev rəhbərliyi isə Ukraynanın ərazi bütövlüyünü qoruyacağını vurğulayıb.

19 Ukrayna əsgəri ölüb

Minskdə dörd liderin zirvə görüşündən əvvəl baş verən qarşıdurmalarda isə ən az 19 Ukrayna əsgəri ölüb.

Separatçıların nəzarətində olan Donetsk şəhərində avtobus dayanacağına düşən top mərmisi 5 adamın ölümünə səbəb olub.

BMT-nin son məlumatlarına görə, Ukraynanın şərqində keçən ilin aprel ayından bu yana davam edən qarşıdurmalarda təxminən 5 min 400 adam ölüb. 12 mindən çox adam yaralanıb,  1,5 milyondan çox adam evlərini tərk etmək məcburiyyətində qalıb. Xarici ölkələrə qaçan 600 min insandan təxminən 400 minindən çoxu Rusiyaya gedib.

ANN.Az
 


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb