Poroşenkodan SOS: Rusiya müharibəyə başlayır

23:43 | 04.06.2015
Poroşenkodan SOS: Rusiya müharibəyə başlayır

Poroşenkodan SOS: Rusiya müharibəyə başlayır

Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynanın şərqində irimiqyaslı müharibə təhlükəsi olduğunu bildirib.

ANS PRESS-in məlumatına görə, bu barədə prezident Ali Radada çıxışı zamanı bildirib.

Poroşenko bəyan edib ki, Ukrayna ordusu ölkəni müdadfiə etməyə və Rusiya ilə sərhəd boyu mümkün irimiqyaslı hərbi müdaxiləyə hazır olmalıdır. Prezidentin sözlərinə görə, hazırda Ukrayna ərazisində 9 mindən çox Rusiya əsgəri döyüşür.

Bundan bir gün əvvəl Donetsk regionunda tərəflər arasında ağır döyüşlər olub. Ukrayna tərəfi 5 əsgərinin öldüyünü, 39-nun yaralandığını bildirib. Kiyevlə Qərb Rusiyanı Ukraynanın şərqindəki separatçıları dəstəkləməkdə günahlandırır. Moskva ittihamı rədd edir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6400-dən çox adam ölüb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM