Poroşenkodan XƏBƏRDARLIQ: “Putin Qara dəniz dövlətlərinə hücum edəcək”

17:48 | 03.08.2015
Poroşenkodan XƏBƏRDARLIQ: “Putin Qara dəniz dövlətlərinə hücum edəcək”

Poroşenkodan XƏBƏRDARLIQ: “Putin Qara dəniz dövlətlərinə hücum edəcək”

Ukrayna prezidenti Pyotr Poroşenko növbəti dəfə Rusiyanın dövlət başçısı Vladimir Putini geniş işğalçılıq ambisiyalarında ittiham edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Poroşenko Avstriya nəşrlərindən birinə müsahibəsində rusiyalı həmkarının təkcə Ukrayna deyil, Baltikyanı, Qara dəniz hövzəsi ölkələrinə də hücum hazırladığını deyib:

"Onun Finlandiyaya hücumu mümkündürmü? Bəli. Baltikyanı ölkələrə hücum edərmi? Bəli. Bəs Qaradəniz ölkələrinə? Bəli”. 

Poroşenkonun sözlərinə görə, hazırda Ukraynanın şərqində davam edən hərbi əməliyyatlar təkcə bu ölkənin deyil, bütün Avropanın müstəqilliyi və təhlükəsizliyi üçün vacibdir.

Bundan başqa, Ukraynanın dövlət başçısı Donbasda baş verənləri vətəndaş müharibəsi deyil, Ukraynaya qarşı Rusiyanın hərbi təcavüzü kimi dəyərləndirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM