Poroşenkonun biznesinə xaricilər rəhbərlik edir

20:27 | 04.08.2015
Poroşenkonun biznesinə xaricilər rəhbərlik edir

Poroşenkonun biznesinə xaricilər rəhbərlik edir


Pyotr Poroşenkonun Ukrayna prezidenti seçilənə qədər olan biznes aktivlərinə indi qərbdəki investisiya şirkətləri rəhbərlik edirlər. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda dövlət başçısı Avstriyanın "KURİER” nəşrinə müsahibəsində məlumat verib.

  Poroşenkonun sözlərinə görə, o, qərbdəki investisiya şirkətləri rəhbərlik etdiyindən hazırda öz biznesindən könüllü şəkildə uzaqda dayanıb: "Bu daha sivilizasiyalı mexanizmdir”. Bununla belə, o, hansı şirkətlərdən söhbət getdiyini açıqlamayıb. Proşenko onu da deyib ki, Ukrayna prezidenti kimi fəaliyyətinin mülkiyyət maraqları ilə heç bir bağlılığı yoxdur. O, əlavə edib ki, varlı adamların siyasətlə məşğul olmasına olduqca normal yanaşır. 

Bundan əvvəl, iyul ayında Poroşenko bəyan edib ki, onun soyadı səhmdarların arasında olmasın deyə,  "Roshen” şirkətini "Rothschild İnvestment”in idarəçiliyinə verəcək.   2014-cü ilin may ayında prezident seçiləndən və həmin il iyunun 7-dəki inauqurasiyadan sonra "Forbes” Poroşenkonun  var-dövlətini 1,3 milyard dollar qiymətləndirdikdən sonra biznes aktivlərini satacağını bəyan etmişdi. İlin sonunda isə bunun baş tutmamasının səbəbini "Roshen” qənnadı fabrikini müharibəyə görə almaq istəyənin olmamasıi lə izah etmişdi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM