Odessa vilayətinin qubernatoru Mixael Saakaşvilinin istefasına dair tələb olan petisiya Ukrayna prezidentinin saytında qeydiyyatdan keçib.
Oxu.Az bu barədə Ukrayna KİV-nə istinadən xəbər verir.
"Üç aydan çox işlədiyi dövr ərzində Odessa vilayətinin qubernatoru Saakaşvili heç bir vədini yerinə yetirməyib”, - mətndə qeyd edilib.
Sənədin müəllifi həmçinin Odessa vilayətinin rəhbərini regiona gətirməyə söz verdiyi investorların olmamasında ittiham edərək, onun bürokratiya ilə mübarizəsini "piar” adlandırıb. Saakaşvilinin yeganə nailiyyəti kimi petisiyada "özünüreklam” göstərilib.
"Yalnız yerli mətbuatda deyil, həmçinin bütün Ukrayna mətbuatında adının çəkilməsinin sayına görə, onunla prezident və yaxud da baş nazir rəqabət apara bilər”, - mətndə deyilir.
Petisiyanı artıq 70 nəfərdən çox adam imzalayıb. Nəzərdən keçirilməsi üçün 25 min imza tələb edilir.

www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !