Poroşenkoyla görüşdə Putin qələmi qırdı

13:09 | 12.02.2015
Poroşenkoyla görüşdə Putin qələmi qırdı

Poroşenkoyla görüşdə Putin qələmi qırdı


Rusiya Dövlət Başçısı Vladimir Putin, Almaniya Baş naziri Angela Merkel, Ukrayna Dövlət Başçısı Petro Poroşenko və Fransa prezidenti Fransua Ollandın Ukraynadakı böhranı həll etmək üçün dünən gecə Belarusun paytaxtı Minskdə başladıqları yığıncaq 14 saatdan sonra yekunlaşıb.

ANN.Az hurriyet.com.tr-yə istinadən xəbər verir ki, Bütün maddələri hələ açıqlanmayan yeni planın ehtimal olunan ilk maddəsi Fevralın 14-də Ukraynanın bütün cəbhələrində yeni atəşkəsin elan edilməsidir.

Ukrayna lideri Poroşenko görüşdən sonra AFP-yə danışaraq sülh görüşlərindən hələ yaxşı bir xəbər çıxmadığını, ancaq hələ ümidinin olduğunu bildirərək deyib ki, Rusiyanın şərtləri qəbul edilməzdir.

PUTİN qələmi qırdı

Hərarətli müzakirələrin yaşandığı dörd liderin görüşündə Poroşenko ilə Putin arasında yaranan mübahisə, Putinin masa üzərindəki qələmi əliylə qırmasıyla nəticələnib. 

Səhərə yaxın ümid verici açıqlamalar Rusiya xarici işlər naziri Sergey Lavrovdan gəlib. Görüşdə sülh planı danışıqlarının Ukrayna və dünya üçün yaxşı istiqamətdə olacağını bildirən Lavrov qeyd edib ki, danışıqlar superdə də yaxşı səviyyədə keçib.
 
ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM