Poroshenko muxtariyyət planı təqdim etdi

19:38 | 16.07.2015
Poroshenko muxtariyyət planı təqdim etdi

Poroshenko muxtariyyət planı təqdim etdi


Prezident Petro Poroshenko ölkənin cənubşərq regionlarına muxtariyyət verilməsini nəzərdə tutan konstitusiya dəyişikliyini Ukrayna parlamentinə təqdim edib.

Parlamentin vebsaytında yerləşdirilən məlumatda deyilir ki, konstitusiyaya Donetsk və Luqansk regionlarının xüsusi statusuna dair maddə salınması təklif olunur.

Ukrainska Pravda qəzetinin iyulun 16-da yazdığına görə, Poroshenko ABŞ Dövlət katibinin müavini Victoria Nuland-ın bir gün öncəki səfərindən sonra konstitusiyaya dəyişikliklər təklif edib.

Birləşmiş Ştatlar, Fransa və Almaniya liderləri Poroshenko-nu Minsk sazişinin müddəalarını yerinə yetirməyə, konstitusiya dəyişiklikləri aparmağa çağırırdı. Həmin sazişdə Donbas regionuna özünüidarəetmə verilməsi nəzərdə tutulur. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM