İstehlak mallarının qiymətləri və xidmət tarifləri yanvar ayında ötən ilin dekabr ayı ilə müqayisədə 0.2 faiz ucuzlaşıb. ANN.Az-ın Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, xidmət tarifləri 0.9 faiz ucuzlaşıb, ərzaq məhsullarının qiymətləri 0.2 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri dəyişməyib. 2013-cü ilin yanvarına nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 2.2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3.5 faiz, xidmət tarifləri isə 0.2 faiz bahalaşıb.Yanvar ayında ərzaq məhsullarından toyuq ətinin, portağalın, bananın, kökün, kartofun, qeyri-ərzaq mallarından parçaların, divar kağızlarının, tikinti kərpicinin, metal kirəmitin qiymətləri ucuzlaşıb. Bundan başqa ölkədə muzdla işləyənlərin orta aylıq əmək haqqı 2013-cü ildə əvvəlki ilə nisbətən 6.2 faiz yüksələrək 423 manat təşkil edib. Həmçinin əhalinin hər nəfərinə düşən gəlirləri isə 2014-cü ilin yanvar ayında ötən ilin yanvarına nisbətən 2,5 faiz artaraq 279,7 manat olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !