Portuqaliya millisində Koentrao və Almeyda şoku

15:49 | 17.06.2014
Portuqaliya millisində Koentrao və Almeyda şoku

Portuqaliya millisində Koentrao və Almeyda şoku

Dünən Almaniya ilə matçda zədələnən Portuqaliya millisinin futbolçuları Huqo Almeyda və Fabio Koentraonun son durumları  bəlli olub.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, tibbi müayinədən keçən hər iki oyunçunun zədəsi cididir.

Yığmanın həkimi Enrike Yones Almeyda və Koentraonun ən tezi on günə sağala biləcəyini deyib:

"Onların tam sağalması üç həftə də çəkə  bilər".

Qeyd edək ki, Almaniya -Portuqaliya matçı birincilərin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Əlavə edək ki, sözügedən görüşdə Pepe də birbaşa qırmızı vərəqə aldığı üçün ən azı qrupdakı bir oyunu buraxacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM