"Qalatasaray"ın prezidenti Ünal Aysal oyunçu ilə 3 illik razılaşma əldə edildiyini açıqlayıb
"Beşiktaş" klubu ilə müqaviləsi bitən portuqaliyalı futbolçu Huqo Almeyda "Qalatasaray"la razılığa gəlib.
ANS PRESS-in məlumatına görə, "Qalatasaray"ın prezidenti Ünal Aysal oyunçu ilə 3 illik razılaşma əldə edildiyini açıqlayıb. Portuqaliyalı futbolçu türk meneceri Hakan Korkmaz ilə birlikdə Ünal Aysalın ofisində görüş keçirib.
Görüşdən sonra açıqlama verən menecer razılaşma əldə olunduğunu və 2 gün ərzində imzalanma olacağını bildirib. Sonda isə menecer Hakan Korkmaz, Umut Akbulut və Almeyda "Qalatasaray" prezidenti Ünal Aysal-ın ofisində şəkil çəkdiriblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !