Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Salyan rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 07.08.2020-ci il saat 00:00-dan 08.08.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 115 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 2 nəfər olmaqla ümumilikdə 117 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə Anews.az-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !