Premyer Liqanın bombardirindən qeyri-adi hərəkət - VİDEO

15:42 | 02.03.2015
Premyer Liqanın bombardirindən qeyri-adi hərəkət - VİDEO

Premyer Liqanın bombardirindən qeyri-adi hərəkət - VİDEO


Premyer Liqanın XXIV turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" - "Bakı" (2:1) matçının 71-ci dəqiqəsində maraqlı hadisə baş verib. 

Sport7.az xəbər verir ki, paytaxt təmsilçisinin hücumçusu Nurlan Novruzov Elnur Cəfərovun cərimə zərbəsini qeyri-adi şəkildə dəf edib.
 
Sportal.az-a açıqlama verən Nurlan Novruzov həmin hərəkətə belə şərh verib: "Boyum balaca olduğu üçün belə bir yola əl atdım. Fəndim uğurlu alındığı üçün sevinirəm. Rəqibin futbolçusu da bu hərəkətimi gözləmirdi. Əsas odur ki, hücumun qarşısını alaraq komandaya xeyir verə bildim".

Qeyd edək ki, həmin matçın 42-ci dəqiqəsində "Bakı"nın yeganə qolunu vuran Nurlan Novruzov 11 topla yenidən Premyer Liqanın vahid bombardirinə çevrilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM