Prezident 11,8 milyon manat ayırdı - SƏRƏNCAM

17:47 | 05.12.2019
Prezident 11,8 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident 11,8 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev "Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Anews.az xəbər verir ki, sərəncamla Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,8 milyon (on bir milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM