ABŞ prezidenti Barak Obama narkotik maddə ittihamı ilə həbs olunan 46 federal məhkuçun cəzalarını azaldıb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, hər biri təxminən 20 il həbs cəzası çəkmiş bu məhkumlar bu ilin noyabr ayında azadlığa buraxılacaq.
ABŞ prezidentinin bu addımı ölkənin ədalət sistemində gözlənilən islahatlarn tərkib hissəsi kimi xarakterizə olunub.
Ağ Evdən verilən rəsmi açıqlamaya görə, prezident həbs müddətləri qısaldılan məhkumların ikinci bir şansa ehtiyacları olduğunu deyib. Eyni zamanda Obama onların işlətdikləri cinayət müqabilində çəkdikləri cəzanın da çox olduğunu bildirib. Prezident həm də əfv etdiyi məhkumların hər birinə şəxsən məktub yazaraq onlardan gözlədiklərini dilə gətirib.
Obama bugünə qədər 89 məhkumu əfv edib.
Obamadan əvvəl prezidentlik kürsüsündə olan Corc Buş 189 adamı əfv edib, 9 məhkumun cəzasını azaldıb, Bill Klinton 396 adamı əfv edib, 61 məhkumun cəzasını azaldıb.
Nuray
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !