Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin tərkibində Gənclər təşkilatları ilə iş sektoru yaradılıb.APA-nın xəbərinə görə, hazırda Azərbaycanda 300-dək gənclər təşkilatı fəaliyyət göstərir. Yeni yaradılmış sektor həmin təşkilatlarla əlaqələrin inkişaf etdirilməsini, bu qurumlarla iş aparan dövlət orqanlarının və qurumlar fəaliyyətinin əlaqələndirilməsini təmin edəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !