Azərbaycan Prezident Adminstrasiyasında yeni təyinat gerçəkləşib.
Modern.az xəbər verir ki, Emin Eyvazov Adminstrasiyanın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş bölməsinin müdiri vəzifəsinə təyin edilib.
E.Eyvazov dekabrın 8-də Milli Məclisin Regional Məsələlər Komitəsinin toplantısında iştirak edib.
Sözügedən vəzifə 1 noyabr seçkilərindən sonra boşalmışdı. Seçkilərədək həmin vəzifəni tutan Kamran Bayramov hakim Yeni Azərbaycan Partiyasının siyahısı əsasında 100-saylı Şəmkir-Daşkəsən dairəsindən Milli Məclisə üzv seçilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !