Prezident Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib

16:22 | 03.03.2014
Prezident Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib

Prezident Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib

 Azərbaycan prezidenti İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Amerika Yəhudi Komitəsinin üzvləri ilə müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd edilib, bu görüşlərin Azərbaycanla Amerika Birləşmiş Ştatları və Azərbaycanla İsrail arasında əlaqələrin inkişafına töhfə verdiyi bildirilib. Görüşdə həmçinin Azərbaycanla Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. D.Harris ölkəmizə son səfərindən ötən dövr ərzində Azərbaycanın çox böyük nailiyyətlər əldə etməsini məmnunluqla vurğulayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb