Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə Bakıda faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı” abidəsini ziyarət edib.
"Report” xəbər verir ki, faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin yanında fəxri qarovul dəstəsi düzülüb.
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.
Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzüblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !