Prezident Aparatından Mahir Zeynalovun deportasiyasına MÜNASİBƏT

21:49 | 12.02.2014
Prezident Aparatından Mahir Zeynalovun deportasiyasına MÜNASİBƏT

Prezident Aparatından Mahir Zeynalovun deportasiyasına MÜNASİBƏT

"Mahir Zeynalovun deportasiyası iki qardaş ölkə arasında əməkdaşlığa kölgə sala bilməz". Bu barədə “Trend” agentliyinə müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib: “Türkiyənin rəsmi instansiyaları məsələyə münasibət bildirərək bəyan ediblər ki, M.Zeynalovun deportasiyası onun ölkədə qalma müddətinin başa çatması ilə bağlı olub. Hesab etmirəm ki, bu hadisə iki qardaş ölkə arasında əməkdaşlığa kölgə sala bilər. Buna cəhd göstərənlər də bu reallığı anlamalı və qəbul etməlidirlər. Digər tərəfdən, hər hansı xarici ölkədə əmək fəaliyyəti ilə məşğul olan şəxs, fəaliyyət istiqamətindən asılı olmayaraq, həmin ölkənin qanunlarına, ictimai yaşayış normalarına, xalqın mədəniyyətinə, adət-ənənələrinə hörmətlə yanaşmalıdır”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM