Prezident - Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın məzmunu olduqca genişdir

15:59 | 17.11.2022
Prezident - Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın məzmunu olduqca genişdir

Prezident - Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın məzmunu olduqca genişdir

Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın məzmunu olduqca genişdir. Müxtəlif sahələrdə - siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə əməkdaşlığımızın səviyyəsindən çox məmnunuq. Şərq Tərəfdaşlığı proqramının əvvəlindən Azərbaycan onu güclü şəkildə dəstəklədi və Zirvə görüşləri daxil olmaqla müxtəlif tədbirlərdə fəal iştirak etdi. Bu barədə Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.

Şərq Tərəfdaşlığı proqramının müasirləşdirilməsinin və görülən işlərin nəzərdən keçirilməsinin vaxtı çatdığını qeyd edib.

"Bu proqramın yaradılmasından on ildən çox keçir və Şərq Tərəfdaşlığına üzv ölkələr öz seçimlərini ediblər. Bəziləri Assosiasiya Sazişini imzalayıb, digərləri Avrasiya İqtisadi İttifaqına üzv olub. Azərbaycan yeganə ölkədir ki, heç bir formata qoşulmayıb. İqtisadi göstəricilərimiz, siyasi və iqtisadi sabitlik və əlbəttə ki, ərazilərimizin azad olunması xarici siyasətimizin praqmatizm üzərində qurulduğunu və hədəfə hesablanmış olduğunu nümayiş etdirir”, - İlham Əliyev vurğulayıb

Prezident İlham Əliyev vurğulayıb ki, başlıca hədəf Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi idi və biz buna iki il əvvəl nail olduq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb