Prezident baba oldu - FOTO

11:00 | 08.06.2014
Prezident baba oldu - FOTO

Prezident baba oldu - FOTO

Аndiçmə mərasimindən sonra Ukraynanın yeni prezidenti Petro Poroşenko mətbuata baba olması barədə xəbər verib. 

Оnun oğul nəvəsi dünyaya gəlib. “Bu gün ukraynalıların sayı bir nəfər də artdı. Mən baba oldum”, - deyə Ukraynanın ali baş komandanı bildirib.

Qeyd edək ki, Poroşenkonun 4 övladı var. Keçən il ailənin böyük oğlu 29 yaşlı Aleksey “McKinsey & Company” şirkətinin əməkdaşı 28 yaşlı Yuliya Əlixanova ilə ailə həyatı qurub. Onlar Fransada beynəlxalq biznes-məktəbində bir yerdə təhsil alıb.

Aleksey Poroşenko Ukraynanın Vinnitsk Vilayət Şurasının deputatıdır. Prezidentin əkiz qızları Yevgeniya ilə Aleksandra 14 yaşındadır. Ailənin kiçiyi Mixailin 13 yaşı var. 

Qafqazinfo

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM