Prezident Bakıda bu festivalın keçirilməsinə pul ayırdı

18:08 | 28.09.2017
Prezident Bakıda bu festivalın keçirilməsinə pul ayırdı

Prezident Bakıda bu festivalın keçirilməsinə pul ayırdı

Prezident İlham Əliyev 2017-ci il oktyabrın 15-dən noyabrın 15-dək Bakı şəhərində keçiriləcək ticarət festivalı ("shopping festival”) ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.İstiPress-in məlumatına görə, sərəncamla Azərbaycanda turizmin inkişafı istiqamətində görülən işlərin davamı olaraq, oktyabrın 15-dən noyabrın 15-dək Bakıda ticarət festivalının ("shopping festival”) təşkili məqsədilə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə bir milyon manat ayrılıb.



 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti