Prezident baş nazirdən üzr istədi

09:00 | 11.11.2014
Prezident baş nazirdən üzr istədi

Prezident baş nazirdən üzr istədi

Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Ronald Reyqan hakimiyyəti dönəmində Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçerdən üzr istəyib. ANS PRESS-in məlumatına görə, buna səbəb kimi Amerika ordusunun Qrenada adasını işğal etməsi göstərilir. Prezident Reyqanın nazir qarşısında üzrxahlıq etməsinin səsyazısı yayılıb.1983-cü ildə baş verən hadisədən bir qədər sonra Reyqan Tetçerə zəng edərək ABŞ ordusunun adaya hərbi müdaxilə etdiyini və bu xəcalət verici hərəkətə görə Tetçerdən üzr istədiyini deyib. Reyqan qeyd edib ki, adaya edilən hücum zamanı əməliyyatların məxfi saxlanması vacib olub. Telefon danışığının ən diqqət çəkən məqamlarından biri isə Tetçerin sonda ona zəng etdiyi üçün Reyqana dərindən təşəkkür etməsi olub. Tetçer, hətta, ölkənin birinci xanımı Nensi Reqandan hal-əhval tutub.Qeyd edək ki, işğal dönəmində Qrenada Böyük Britaniyanın mülkiyyəti olub və ada sakinləri ikinci Elizabeti dövlətin başçısı kimi tanıyıblar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM