Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinə başsağlığı verib.ANS PRESS-in məlumatına görə, ölkə başçısı insan tələfatına səbəb olmuş terror aktının bizi olduqca hiddətləndirdiyini qeyd edib:"Hörmətli cənab Sədr,Urumçi şəhərində çoxsaylı insan tələfatına səbəb olmuş terror aktı bizi olduqca hiddətləndirdi.Biz bu cür amansız hərəkətləri kəskin pisləyir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasına tərəfdar çıxırıq.Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Çin xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !