Prezident bu şəxslərlə bağlı sərəncam verdi - SİYAHI

16:15 | 13.12.2018
Prezident bu şəxslərlə bağlı sərəncam verdi - SİYAHI

Prezident bu şəxslərlə bağlı sərəncam verdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının idman mütəxəssislərinə "Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə "Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilsin:

Həşimov İsmayıl Teymur oğlu
Demina Tanziliya Zaxarovna
Məmmədov Yaqub Əkbər oğlu
Məmmədov Vahid Şərafəddin oğlu
Əlimzanov Şamil Əhmədcanoviç
İbrahimov İbrahim Eldar oğlu
İşməmmədova Svetlana Bəşirovna

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Nərimanov Elşad Əhməd oğlu
Əliyev Elxan İzzət oğlu
Mircavadov Ağasəlim Seyidəhməd oğlu

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

***

Prezident İlham Əliyev Esmiralda Ələkbərovaya "Əməkdar həkim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında idman səhiyyəsinin inkişafında xidmətlərinə görə Ələkbərova Esmiralda Əhəd qızına "Əməkdar həkim” fəxri adı verilsin.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb