• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident ödəmələrin bu həftədən verilməsini tapşırdı

Prezident ödəmələrin bu həftədən verilməsini tapşırdı
31.03.2020 18:19
"Vaxt itirmədən bu həftədən başlayaraq ödəmələr həyata keçirilsin”.

Qaynarinfo xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib. 

"Bu xahiş və ya tələb qüvvədədir. Onu da bildirməliyəm ki, Azərbaycan sahibkarları bu vəziyyətdə öz vətəndaşlıq borcunu hesab edirəm ki, şərəflə yerinə yetirirlər. Mənim sərəncamımla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə qədər 100 milyondan çox vəsait daxil edilib. Bunun cəmi 20 milyonu Prezidentin Ehtiyat Fondundan köçürülüb. 

Bu, onu göstərir ki, vəsaitin böyük hissəsi sahibkarlar tərəfindən verilmiş ianələrdir. Bu məsələ ilə bağlı sahibkarlar həmrəylik göstərirlər. Əminəm ki, işçilərin ixtisar edilməməsi çağırışı nəzərə alınacaq. Eyni zamanda aydındır ki, bir çox sahələr 40 mindən çox sahibkarlıq subyekti demək olar ki fəaliyyət göstərmir. Yaxud da ki, məhdud çərçivədə fəaliyyət göstərir. Dövlət onlara köməklik göstərməlidir. Ona görə göstəriş verilib ki, sahibkarlıq subyektlərində muzdla işləyən insanların sosial təminatı nəzərə alınsın. Eyni zamanda, fərdi sahibkarların fəaliyyəti nəzərə alınsın. Bu göstərişlər İqtisadiyyat Nazirliyinə verilib. Vaxt itirmədən bu həftədən başlayaraq ödəmələr həyata keçirilsin”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Sabahın hava proqnozu
Cəmiyyət 12:26
Sabahın hava proqnozu
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
Cəmiyyət 11:54
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 11:41
DYP sürücülərə xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol