Prezident Devid Harrisi qəbul etdi

16:57 | 02.02.2015
Prezident Devid Harrisi qəbul etdi

Prezident Devid Harrisi qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 2-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanda gedən sürətli inkişaf proseslərindən məmnunluq ifadə olunub, ölkədə müasir infrastruktur və yeni sənaye sahələrinin yaradılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən işlərin önəmi qeyd edilib.
Söhbət zamanı Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli əlaqələrin inkişafından danışıldı, Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr aparılması baxımından əhəmiyyəti qeyd olunub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM