Prezident: “Dünya terrorizmə və separatizmə qarşı birgə mübarizə aparmalıdır”

12:06 | 29.10.2014
Prezident: “Dünya terrorizmə və separatizmə qarşı birgə mübarizə aparmalıdır”

Prezident: “Dünya terrorizmə və separatizmə qarşı birgə mübarizə aparmalıdır”

“Azərbaycan beynəlxalq arenada böyük etibar qazanıb”.

APA-nın məlumatına görə, bunu Gənclər siyasəti üzrə I Qlobal Forumda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu müddətdə beynəlxalq hüququ müdafiə edib: “Bu gün Yaxın Şərqdə, Şərqi Avropada və dünyanın digər hissələrində faciəli hadisələr, dəyişikliklər görürük. Ona görə də dünya ictimaiyyəti terrorizmə, separatizmə qarşı birgə mübarizə aparmalı, ədalətli mövqe ortaya qoyulmalıdır”. Dünyanın Azərbaycanı regionda sabitlik faktoru kimi qəbul etdiyini söyləyən dövlət başçısının sözlərinə görə, Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə bir çox layihələr həyata keçirilir: “Sabitlik olmadan inkişaf mümkün deyil. Biz təcrid olunmuş adada yaşamırıq, qonşularımız var. Regional təhlükəsizliyə, əməkdaşlığa bu baxımdan yanaşırıq. Birgə əməkdaşlıq nəticəsində biz maksimum uğurlar qazanmısıq. Enerji resursları ilə bağlı layihələr üzrə tərəfdaşlıqdan hər kəs qazanıb. Azərbaycan müstəqillik qazanan dövrdə iqtisadiyyat çökmüşdü, torpaqlarımız işğal olunurdu. Ötən dövr ərzində iqtisadi islahatlar həyata keçirilib, iqtisadi inkişafa, sabitliyə nail olunub. İqtisadi uğurlar ölkəmizin iqtisadi və siyasi müstəqilliyini təmin etməyə imkan verib. Bir çox ölkələr iqtisadi baxımdan asılı olduqları üçün siyasi baxımdan da asılıdırlar”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb